Pezeşkiandan İlham Əliyevə: “Əlaqələrimiz bütün sahələrdə daha da genişlənəcək”

Pezeşkiandan İlham Əliyevə: “Əlaqələrimiz bütün sahələrdə daha da genişlənəcək”

Hazırda oxunan: Pezeşkiandan İlham Əliyevə: “Əlaqələrimiz bütün sahələrdə daha da genişlənəcək”

242078

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Dünya müsəlmanlarının böyük bayramı olan Ramazan bayramı münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ramazan bayramı dünya müsəlmanları arasında sosial-dini bağların möhkəmlənməsini əks etdirən, mübarək Ramazan ayında ürəkdən edilən ibadətlərin səmərə verdiyini göstərən gözəl bir bayramdır.

Ümid edirəm ki, rəhmət və bərəkətlə dolu olan bu bayramın mübarəkliyi və xeyir-bərəkəti sayəsində bütün müsəlman xalqları arasında daha artıq həmrəyliyin yaranmasına, İslam ölkələrində sülh və sabitliyin bərqərar olmasına və ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə gündən-günə daha da genişlənməsinə şahid olacağıq.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə səadət və xoş günlər arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO