Xəstənin dərisini əlində tutan cərrahla bağlı ARAŞDIRMA BAŞLADI – VİDEO

Xəstənin dərisini əlində tutan cərrahla bağlı ARAŞDIRMA BAŞLADI – VİDEO

Hazırda oxunan: Xəstənin dərisini əlində tutan cərrahla bağlı ARAŞDIRMA BAŞLADI – VİDEO

241995

Üzgərmə əməliyyatı zamanı sosial mediada canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “oxu.az”ın sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Xəstənin dərisini əlində tutan cərrah canlı yayım AÇDI – ANBAAN VİDEO


"Bu məsələ ilə bağlı məlumatlıyıq. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində hadisənin araşdırılması məqsədi ilə artıq işçi qrupu yaradılıb. Məsələ ciddi araşdırılacaq və ehtiyac yarandığı halda plandankənar yoxlamanın açılması barədə qərar qəbul ediləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, sosial mediada "Tuana estetic centre" klinikasında Esmira adlı cərrahın üzgərmə əməliyyatı zamanı xəstənin dərisini əlində tutaraq canlı yayım açdığını əks etdirən görüntü yayılıb. Sözügedən məsələ ilk dəfə Bizim.Media tərəfindən ictimailəşdirilib


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO