İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi

İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi

Hazırda oxunan: İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi

241894

Pakistanın keçmiş Baş naziri, “Ədalət naminə hərəkat” müxalif partiyasının təsisçisi İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərilib.

Bizim.Media “The Times of India” portalına istinadən xəbər verir ki, İ.Xanın namizədliyini “Pakistan World Alliance” hüquq müdafiə təşkilatı irəli sürüb.

Bildirilib ki, keçmiş Baş nazir Pakistanda demokratik dəyərlərin və insan haqlarının qorunmasına verdiyi töhfəyə görə namizəd olaraq göstərilib.

Siyasətçi daha əvvəl də, 2019-cu ildə bu mükafata namizəd kimi irəli sürülmüşdü.

Xatırladaq ki, İ.Xan 2018-2022-ci illərdə Pakistanın Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. Xan 2023-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO