Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur - VİDEO

Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur - VİDEO

Hazırda oxunan: Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur - VİDEO

241690

Bu gün səhər saatlarından etibarən Qubadakı Soyqırımı Memorial Kompleksi ziyarət olunur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, buraya gələnlər 1918-ci ildə ermənilərin vəhşicəsinə qətlə yetirdiyi dinc insanların xatirəsinə ucaldılan abidənin önünə çiçək dəstələri qoyaraq, onların ruhuna dualar oxuyurlar.

Rayon ictimaiyyətinin nümayəndələri, sadə insanlar, qazi və şəhid ailələri, məktəblilər, gənclər, müxtəlif peşə adamları bu məkana axışaraq günahsız qurbanların xatirəsinə ehtiramını bildirirlər.
 

Quba rayonu İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və digər rəsmilər də abidəni ziyarət ediblər.


Soyqırımı Muzeyində ziyarətçilərə ermənilərin 1918-ci ildə Quba qəzasında törətdikləri analoqu olmayan vəhşiliklə bağlı məlumat verilib.



















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO