Müğənni Üzeyir Mehdizadə Xalq artisti Niyaməddin Musayevin "Axtarma məni" mahnısını ifa etdiyi üçün tənqid olunur. Niyaməddin Musayev tərəfindən möhürü vurulan mahnını öz tərzində oxuduğu üçün Ü.Mehdizadənin ifası çoxları tərəfindən bəyənilməyib.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Niyaməddin Musayev Pravda.az-a açıqlamasında deyib ki, Üzeyir Mehdizadəni tanımır, onun ifasında "Axtarma məni" mahnısını eşitməyib.
"İnsanlar müxtəlifdir, hərəsinin bir zövqü var. Mənim mahnımı oxuyubsa, yaxşı oxuyar, pis oxumaz. Sağ olsun ki, nəğmələrimi oxuyur, repertuarıma müraciət edib. Cavan ifaçılara baxıram. Eləsi var, tanıyıram, eləsi var, görməmişəm, əlaqəm yoxdur. Buna görə Üzeyir Mehdizadənin ifa tərzi barədə də fikir bildirə bilmirəm" - N.Musayev qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
12:42 / 30.03.2025
Niyaməddin Musayev: “Üzeyir Mehdizadəni tanımıram”
Hazırda oxunan: Niyaməddin Musayev: “Üzeyir Mehdizadəni tanımıram”
Hazırda oxunan: Niyaməddin Musayev: “Üzeyir Mehdizadəni tanımıram”
241560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.