“İstanbul” kanalının tikintisinə başlama mərasimi prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən 26 iyun tarixinə planlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Haberturk telekanalı yayıb.
Tədbir Ərdoğanın iştirakı ilə keçiriləcək. Rəmzi daş yeni kanal üzərindəki altı körpüdən birinin altına qoyulacaq.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan İstanbul kanalının tikiləcəyi vaxtı açıqladı
Xatırladaq ki, “İstanbul” kanalı layihəsi 2011-ci ildə Ərdoğan tərəfindən elan edilib. Kanal İstanbulun qərb hissəsində Qara və Marmara dənizlərini birləşdirən yeni nəqliyyat marşrutu halına gələcək.
Bundan əvvəl Türkiyə prezidenti kanaldan keçən dəniz nəqliyyatının boğazların statusu ilə bağlı Montrö Konvensiyasına tabe olmayacağını bildirmişdi.
Bizim.Media