DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

Hazırda oxunan: DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

241305

Paytaxtın Yasamal rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxslər saxlanılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Hüseynəli saxlanılıb.

Ondan 1 kiloqramdan artıq heroin, ümumi çəkisi 500 qramdan artıq marixuana, metamfetamin və tiryək aşkar olunaraq götürülüb.
 

Yasamal RPİ-nin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər tədbirlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Abbasov da saxlanılıb. Ondan da çəkisi 1 kiloqramdan artıq heroin, ümumi çəkisi yarım kiloqramdan çox marixuana, metamfetamin və tiryək aşkar olunaraq götürülüb.


Hər iki faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO