"Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq".
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndində yeni mənzillərə köçən sakinlərlə görüşdə çıxışında deyib.
“Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək”, - deyə dövlətimizin başçısı qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:14 / 27.03.2025
Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış olacaq - Prezident AÇIQLADI
Hazırda oxunan: Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış olacaq - Prezident AÇIQLADI
Hazırda oxunan: Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış olacaq - Prezident AÇIQLADI
241187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.