Bu il orta məktəblərdə dərsliklər yığılmasın - TƏKLİF  

Bu il orta məktəblərdə dərsliklər yığılmasın - TƏKLİF  

Hazırda oxunan: Bu il orta məktəblərdə dərsliklər yığılmasın - TƏKLİF  

23815

“Təhsil Nazirliyi hər il olduğu kimi, bu il də orta məktəbdə dövlət tərəfindən pulsuz olaraq verilən dərslikləri şagirdlərdən geri yığır. Bu növbəti tədris ilində şagirdlər üçün dərslik komplektlərinin təmin edilməsi üçün zəruridir. Təklif edirəm ki, bu il xüsusi ilə ibtidai sinif şagirdlərindən dərsliklər yığılmasın”.

Bizim.Media xəbər verir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov sosial media hesabında çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

Dərs kitablarındakı XƏYANƏT - Kütləvi savadsızlaşdırmada kim maraqlıdır?


O, təklifini belə əsaslandırıb:

“Bu il istər pandemiya, istərsə də, Vətən müharibəsi səbəbindən şagirdlərin dərs oxumasında maneələr, çətinliklər olub. İbtidai sinif şagirdlərinin hazırlıq səviyyəsi əvvəlki illərlə müqayisədə zəifdir. Yay tətili dövründə şagirdlərin dərslərini təkrarlaması üçün kitabların onlarda qalması yaxşı olardı”.

Qeyd edək ki, valideynlər arasında da bu mövqedə olanların sayı çoxdur. Hesab olunur ki, bu təkcə ibtidai sinif şagirdləri üçün deyil, 11-ci sinif istisna olmaqla digərləri üçün də tətbiq oluna bilər. Kitablar avqust ayında ikinci yarısında yığıla bilər ki, növbəti il üçün hazırlansın.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO