Daha bir azərbaycanlı futbolçu Qırğızıstanda oynayacaq.
Bizim.Media xəbər verir ki, U-21 yığmamızın sabiq və “Dnepr”in sabiq üzvü Dmitri Nağıyev Qırğızıstana yollanıb.
O, bu ölkənin iddialılarından olan “Muras Yunayted”lə müqavilə imzalayıb.
Dmitri "Qarabağ Vyana", "Dnepr", "Sumqayıt", "Ştumbars", "Dinamo-Avto", "İnqulets", "Obolon", "Minay" komandalarında oynayıb.
Qeyd edək ki, iki gün öncə "Zirə"və "Şamaxı"nın sabiq üzvü Ramin Əhmədov da Qırğızıstan klubu ilə anlaşmışdı. O, bu ölkənin "Alay" klubuna keçmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media
![Millimizin keçmiş üzvü özünə klub TAPDI Millimizin keçmiş üzvü özünə klub TAPDI](https://bizim.media/file/articles/2025/01/25/1737835218_5235885289732433151.jpg)
- A-
- A
- A+
İdman
00:30 / 26.01.2025
Millimizin keçmiş üzvü özünə klub TAPDI
Hazırda oxunan: Millimizin keçmiş üzvü özünə klub TAPDI
Hazırda oxunan: Millimizin keçmiş üzvü özünə klub TAPDI
231742
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.