“Şuşa erməni şəhəridir” deyən Ara Ayvazyan istefa səbəblərini açıqladı

“Şuşa erməni şəhəridir” deyən Ara Ayvazyan istefa səbəblərini açıqladı

Hazırda oxunan: “Şuşa erməni şəhəridir” deyən Ara Ayvazyan istefa səbəblərini açıqladı

23017

Ermənistan Xarici İşlər Naziri vəzifəsini icra edən Ara Ayvazyan Xarici İşlər Nazirliyinin milli və dövlət maraqlarına qarşı yönəlmiş təşəbbüsləri təsdiq edə biləcəyinə dair şübhələrin qarşısını almaq üçün istefa edib.

Bizim.Media xəbər verir ki, bunu Ayvazyan bazar ertəsi Xarici İşlər Nazirliyinin əməkdaşları ilə vidalaşarkən söyləyib.

"Bu qərarı çox çətinliklə verdim, ancaq Xarici İşlər Naziri vəzifəsinə razılıq verdiyim zaman mənim üçün bir standart var idi: bu nazirlik suverenliyimizi, müstəqilliyimizi, dövlətimizi, milli maraqlarımızı qəti şəkildə qorumalıdır. İstefam bu səbəbdən əsaslandırılıb”, deyə o, qeyd edib.

Ayvazyan Xarici İşlər Nazirliyinin əhəmiyyətli və çətin bir iş gördüyünü,  işçilərinin fəxrlə başlarını qaldıraraq gəzə biləcəyini sözlərinə əlavə edib:

“Beynəlxalq tərəfdaşlar istəyir ki, Ermənistan, Qarabağ və ermənilər məğlubiyyətə uğramasınlar. Düşmənimiz də (Azərbaycan nəzərdə tututlur) bunu başa düşüb. Bu narahat günlərdə səsi eşidilən bir quruma çevrildik, xalqımızın etimadını hər zamankındən daha çox qazandıq”.

Ayvazyan bildirib ki, diplomat şəraitə uyğunlaşan, kəskin künclərdən yayınan bir şəxs kimi qəbul olunur, lakin indiki şəraitdə erməni diplomatlarının belə olmağa haqqı yoxdur:

"Əminəm ki, aramızda cəmiyyətimiz üçün istinad nöqtəsinə çevriləcək prinsipial diplomatlar olacaq".

Qeyd edək ki, mayın 27-də Ayvazyanın istefa etdiyi məlum olub. Bu, Paşinyanın Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək planını elan etdikdən sonra baş verib. Bundan sonra Ermənistan mətbuatı Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və hətta Milli Təhlükəsizlik Xidmətinin yaxın vaxtlarda baş verəcək kütləvi istefaları barədə məlumat yayıb.

Xarici işlər nazirinin 4 müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəis müavini Stepan Qalstyanın artıq istefa məktubu yazdığı deyilir.

Təhlükəsizlik Şurasının 27 may tarixli iclasında Paşinyan deyib ki, Azərbaycan və Ermənistan hərbçilərini əvvəlki mövqelərinə çəkməli,  sərhəd boyunca Rusiya Federasiyasının və ya ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələrinin qoşunları yerləşdirilməlidir.

Xatırladaq ki, Ara Ayvazyan Nikol Paşinyanın dediklərinin əksinə olaraq Şuşanın qədim Ermənistan şəhəri olduğunu bəyan edib. Bu isə təkcə Ermənistanda deyil, Azərbaycanda da gülüş obyektinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO