Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup" və Britaniya Azərbaycanlıları Assosiasiyanın birgə təşkilatçılığı ilə İngiltərənin paytaxtı London şəhərində 28 may – Respublika Gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, lövhələrdə 28 may tarixinin Azərbaycanın Respublika Günü kimi qeyd edildiyinə, ölkəmizin Şərqdə ilk demokratik respublika yaratdığına diqqət cəlb edilib.
Lövhələrdə məlumatlar Azərbaycanın paytaxtı Bakı şəhərinin və üçrəngli dövlət bayrağımızın təsviri fonunda yerləşdirilib.
Lövhənin qarşısından soydaşlarımıza müraciət edən diaspor fəalları Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər və "Yaşasın, Azərbaycan!" şüarını səsləndiriblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:42 / 30.05.2021
Londonda Azərbaycanla bağlı lövhələr quraşdırıldı
Hazırda oxunan: Londonda Azərbaycanla bağlı lövhələr quraşdırıldı
Hazırda oxunan: Londonda Azərbaycanla bağlı lövhələr quraşdırıldı
22922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.