Rusiya və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko Soçidə danışıqlar aparıb.
Bizim.Media bu barədə “Ria Novosti”yə istinadla xəbər verir.
Putin və Lukaşenko danışıqlardan sonra dəniz səyahətinə çıxıblar. Onların gəzintiləri zamanı Belarus liderinin oğlu da olub.
Qeyd edək ki, Lukaşenko Soçiyə dünən səfər edib. Onlar arasında ötən gün baş tutan ilk görüş 5 saatdan çox çəkib.
Bizim.Media