Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə matçı barədə: “Siyasəti futbolla qarışdırmırıq”

Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə matçı barədə: “Siyasəti futbolla qarışdırmırıq”

Hazırda oxunan: Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə matçı barədə: “Siyasəti futbolla qarışdırmırıq”

22669

“Avropa çempionatı öncəsi iki qardaş komandanın mənim şəhərim olan Alanyada yoldaşlıq görüşü keçirməsi bizi çox məmnun etdi”.

Bizim.Media-nın məlumatına görə, bunu Türkiyə ilə Azərbaycan arasında keçirilən yoldaşlıq görüşünü canlı izləyən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında deyib.

Nazir sınaq matçın çox yaxşı keçdiyini bildirib:

“Azərbaycan yığması da yaxşı mübarizə aparan komandadır. Millimiz isə AVRO-2020-də əvvəlcə qrupdan çıxacaq, sonra da çempionluğa doğru irəliləyəcək. Şenol Günəşin liderlik etdiyi komandaya güvənirik. Bu gün bir millət, iki dövlətə yaraşan oyun oldu”.

Mövlud Çavuşoğlu bildirib ki, siyasəti futbola qarışdırmırıq:

“Amma millətimizin hissləri həm Azərbaycanda, həm də Türkiyədə yüksək səviyyədədir. Qarabağın da kimə aid olduğunu gözəl şəkildə xatırlatdılar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO