Gəncədə YANĞIN - ölən var

Gəncədə YANĞIN - ölən var

Hazırda oxunan: Gəncədə YANĞIN - ölən var

22658

Gəncə şəhərinin Kəpəz rayonu, Nizami Gəncəvi prospektində fərdi yaşayış evində yanğın olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Bərdədə çay evi, Gəncədə isə kafe yanıb - FHN


FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yanğın bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddət ərzində məhdudlaşdırılaq tam söndürülüb.

Əlavə məlumat veriləcək. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO