İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ

Hazırda oxunan: İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ

222360

İstanbulda 70 kilo qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakıya gətirilən polkovnik-leytenant istintaqa cəlb edilib.

İlkin araşdırma sonrası ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.3, 12.1 341.1 və digər maddələrlə ittiham verilib.
 

Toplanmış məlumatlar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.


Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Q.Məmmədov əvvəllər Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə işləyib. O, son olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində hərbi attaşe kimi fəaliyyət göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO