"Şuşa qalası" suvenir avro əskinaslar satışa çıxarıldı - FOTOLAR

Hazırda oxunan: "Şuşa qalası" suvenir avro əskinaslar satışa çıxarıldı - FOTOLAR

22217

"Şuşa qalası" adlanan suvenir avro əskinaslar Vətən müharibəsində Azərbaycan ordusunun şanlı qələbəsinə həsr olunub.

Bizim.Media xəbər verir ki, sıfır avro nominallı xatirə əskinaslarının buraxılmasında əsas məqsəd, bizim qələbəmizin 44 günlük tarixini əbədiləşdirmək, Vətən Müharibəsi qəhrəmanları, tariximiz, milli mədəni irsimiz, işğaldan azad edilmiş torpaqlarda bitki və heyvanat aləmi haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır.

"Şuşa qalası" layihəsinin ideya müəllifləri Balamirzə Cavadov, Şamil Mustafayev, Xəyal Azəroğludur, dizayneri Rahim İsmayılovdur.

Xatirə avro əskinazının dizaynının mövzusu Qarabağın tarixi abidələrinə, flora və faunasına həsr olunub.

Üz tərəfində Şuşa qalası, Qarabağ atı və xara bülbül çiçəyi, arxa tərəfində isə Xudavəng monastırı, Cümə məscidi, Xudafərin körpüsü təsvir edilib.

Sıfır nominallı xatirə avro əskinasları, yüksək keyfiyyətli xüsusi bir kağız materialından məhdud miqdarda çap olunub və dövriyyədə istifadə olunan avro ilə eyni keyfiyyətə malikdir. Avropa Mərkəzi Bankının rəsmi maşınlarında çap olunub və ticarət nişanları kimi qeydiyyata alınıb.

Qeyd edək ki, 44 günlük müharibədə və Qarabağdakı qələbəyə həsr olunmuş əskinaslar artıq satışa çıxarılıb. Məhdud sayda çap olunmuş hədiyyə əskinazlarını www.shushafortress.com saytından sifariş etmək olar.

Beynəlxalq ictimaiyyəti Qarabağla bağlı həqiqətləri məlumatlandırmaq üçün Azərbaycanla yanaşı bir çox ölkədə, xüsusən də Avropada əskinas satışı həyata keçiriləcək. Əskinas satışından əldə olunan gəlirin 20% -i xeyriyyə fonduna köçürüləcək.

Xatırladaq ki, sıfır avro nominallı xatirə əskinasları 2015-ci ildə Richard Feilin ideyası əsasında çap olunmağa başlayıb.

Avropa Mərkəzi Bankının rəsmi icazəsi və lisenziyası ilə buraxılan əskinaslar xüsusi günlərə, dahilərə və yubileylərə həsr olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO