Ukraynalı müğənni Svetlana Loboda İrəvandakı konserti zamanı erməni qadını səhnədən qovub.
Bizim.Media xəbər verir ki, o, səhnəyə çıxan qadından Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyatı pisləməsini istəyib.
O deyib ki, səhnəyə çıxan qonağı açıq şəkildə mikrofona Rusiyanı pisləməlidir. İstəyinə rədd cavabı alan ifaçı erməni qadını konsertindən qovub.
“Əgər mənim konsertimə gəlmisənsə, mənim mövqeyimi dəstəkləməlisən. Çünki mənim konsertimə gələn, mənim mahnılarımı dinləyən insanlar sülhü dəstəkləyirlər” – deyə Loboda qadına səslənib.
Bizim.Media