Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası zamanı iki sənəd imzalanıb.
Bizim.Media xəbər verir ki, sənədlərin birini Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın beynəlxalq ticarət naziri Graham Stuart imzalayıb.
Sənəd iki ölkə arasında enerji məsələlərində əməkdaşlığı gücləndirmək və iqlim dəyişikliyi probleminin həlli imkanlarını araşdırmağı nəzərdə tutur.
Digər sənədə isə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin İdarə Heyətinin üzvü Fariz Quliyev və Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp imza atıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:52 / 20.05.2021
Azərbaycanla Britaniya arasında iki sənəd imzalandı
Hazırda oxunan: Azərbaycanla Britaniya arasında iki sənəd imzalandı
Hazırda oxunan: Azərbaycanla Britaniya arasında iki sənəd imzalandı
21781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.