Mask həbs oluna bilər: Trampa səs verənlərə 1 milyon dollar VƏD EDİB

Mask həbs oluna bilər: Trampa səs verənlərə 1 milyon dollar VƏD EDİB

Hazırda oxunan: Mask həbs oluna bilər: Trampa səs verənlərə 1 milyon dollar VƏD EDİB

217130

Amerikalı milyarder İlon Mask mühüm ştatlarda qeydiyyatdan keçmiş seçicilərə gündə 1 milyon dollar vəd edən lotereyanın təşkilinə görə, beş il müddətinə həbs oluna bilər.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, yarışma şərtlərinə görə, Pensilvaniya, Corciya, Nevada, Arizona, Miçiqan, Viskonsin və Şimali Karolinada qeydiyyatdan keçmiş seçicilər prezidentliyə namizəd Donald Trampı dəstəkləyən petisiya imzalaya bilərlər, həmçinin 1 milyon dollarlıq tirajda iştirak edərək 100 dollara qədər pul qazana bilər. Təklifin bitmə tarisi 21 oktyabr elan edilib.

Mask artıq qeydiyyatdan keçmiş seçiciyə ilk 1 milyon dollarlıq çeki təhvil verib. UCLA Hüquq Məktəbinin professoru Riçard Hasen milyarderin hərəkətlərini “qanunsuz” adlandırıb.

Maskın ittiham edildiyini cinayət maddəsinə görə, onu 10,000 dollara qədər cərimə və ya beş ilədək həbs gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO