Baş Prokurorluqdan BDU-dakı kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan BDU-dakı kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Baş Prokurorluqdan BDU-dakı kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMA

215549

Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Kütləvi zəhərlənmə ilə bağlı BDU-dan AÇIQLAMA


Bildirilir ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. 

"Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb", - məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO