İrandan Azərbaycana növbəti XƏYANƏT – “Alnını möhürə qoyub namaz qıldığı məscidlərdə...”

İrandan Azərbaycana növbəti XƏYANƏT – “Alnını möhürə qoyub namaz qıldığı məscidlərdə...”

Hazırda oxunan: İrandan Azərbaycana növbəti XƏYANƏT – “Alnını möhürə qoyub namaz qıldığı məscidlərdə...”

21539

“İran İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Komitəsinin sədri Moctaba Zolnurinin Azərbaycan-Ermənistan sərhədində baş verən son olaylardan dolayı səsləndirdiyi fikirlər Azərbaycana qarşı təhdid və şantajdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurulayev “Facebook” hesabında qeyd edib. O, bildirib ki, əgər Azərbaycan öz sərhədlərini bərpa etmək üçün lap 30 km belə Ermənistanın içərilərinə doğru irəliləyərsə, bunu dəstəkləyirik:
 

MÖVZU İLƏ BAĞLI:

Razi Nurullayev: "Zəngəzur və Göyçənin dövlət atributlarını yaratmaq lazımdır"


“Bizim heç kimin torpağında gözümüz yoxdur, amma bizə aid olanları da heç kimə vermək fikrində deyilik. Azərbaycan öz sərhədlərini bərpa etmək üçün hərb dili ilə də danışmağa hazır ölkədir və bunu əməldə sübut edib.

Zəngəzur da tarixi yurdumuzdur və ora dönəcəyik, orada ikinci Azərbaycan dövləti də elan edəcəyik. Sadəcə, geci-tezi var. Məndən olsa, günü sabah bunu edərəm. Çox təəccüblüdür ki, necə olub ki, cənab deputat, İran rəsmisi 30 il 130 km sərhədin dəyişdirilməsinə, Azərbaycanın beynəlxalq hüquqla, o cümlədən öz ölkəsinin də tanıdığı Azərbaycan sərhədlərinin pozulmasına tab gətirə bilib? Axı cənab deputatın gözlərinə 30 il yuxu getməməliydi?

Çünki sərhədlərin qorunmasında bu qədər israrlıdır. Çox üzülürəm ki, İran rəsmisinin xəbəri olmayıb ki, alnını möhürə qoyub namaz qıldığı məscidlərdə Ermənistan Allahın sevmədiyi heyvanı (donuz, свинья, pig, schwein) saxlayıb, sərhədləri, şəhər və kəndləri yerlə-yeksan edib, daşı-daş üstündə qoymayıb. Hər tərəfi xaotik basdırılmış minalarla bəzəyib və o minalara onun din qardaşları düşüb partlayır”. 

Deputat Azərbaycanın Ermənistanla necə danışmaq lazım olduğunu bir daha xatırladıb:

“Bu sahədə məsləhətə ehtiyac duymuruq. Biz gözəl qonşuyuq və gözəl qonşuları da sevməyə hazırıq. Yaxşı olar ki, Ermənistana təzyiq edin ki, mina xəritələrini versin”. 

Qeyd edək ki, İranlı deputat  Moctaba Zolnuri bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmədiklərini açıqlayıb: 
 

“Bölgə ölkələrinin ərazi bütövlüyü qorunmalıdır, sərhədlərimiz yaxınlığında bölgədən kənar bir güc qəbul etmirik. Ermənistan ərazilərinin bir hissəsini almaq və sərhədlərimiz dəyişdirmək istəyirlərsə, yəni yeni bir qonşumuz olsa, bizim üçün məqbul olmayacaq.


Keçmişin sərhədləri tamamilə qorunmalı, İran İslam Respublikasının Ermənistanla ortaq sərhədi qorunmalıdır”, deyə iranlı deputat bildirib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO