Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans KEÇİRİLİB - FOTO

Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans KEÇİRİLİB - FOTO

Hazırda oxunan: Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans KEÇİRİLİB - FOTO

214135

Oktyabrın 2-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfrans təşkil olunub.

Bizim.Media xəbər verir ki, tədbirdə itkin düşmüş şəxslər və insan hüquqları üzrə beynəlxalq təsisatların nümayəndələri və ekspertləri, xarici ölkələrin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının əməkdaşları, itkin şəxslərin ailə üzvləri iştirak ediblər.


Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub, daha sonra tədbirin mövzusuna aid qısametrajlı film nümayiş etdirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Dövlət Komissiyasının sədri Əli Nağıyev çıxış edərək qonaqları səmimiyyətlə salamlayıb, belə bir həssas məsələyə dair ötən ilin sentyabr ayında təşkil edilmiş beynəlxalq konfransdan sonra builki tədbirin keçirilməsinin itkin düşmüş şəxslər probleminin həlli istiqamətində görülən işlərə mühüm töhfə verəcəyinə ümidvar olduğunu deyib, ailələrin öz itkin düşmüş yaxınları barədə məlumatları almaq hüququnun beynəlxalq səviyyədə dəstəklənməsinin vacibliyini qeyd edib. 


Xidmət rəisi hazırda Dövlət Komissiyasında 3979 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alındığını, indiyədək işğaldan azad olunmuş ərazilərdə 18 kütləvi məzarlığın aşkarlandığını, bununla yanaşı Birinci Qarabağ müharibəsində itkin düşmüşlərdən 155 nəfərinin şəxsiyyətinin eyniləşdirildiyini, cari ilin sentyabr ayında görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində Ağdərə rayonunun Sırxavənd kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 15-ə yaxın şəxsə aid meyit qalıqlarının müəyyən edildiyini nəzərə çatdırıb.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO