Qapılar açıq halda sərnişin daşıyan sürücüləri hansı CƏZA GÖZLƏYİR? – RƏSMİ AÇIQLAMA - VİDEO

Qapılar açıq halda sərnişin daşıyan sürücüləri hansı CƏZA GÖZLƏYİR? – RƏSMİ AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Qapılar açıq halda sərnişin daşıyan sürücüləri hansı CƏZA GÖZLƏYİR? – RƏSMİ AÇIQLAMA - VİDEO

214037

Bakıdakı sərnişin sıxlığı, tıxac və s. kimi aktual problemlər bir sıra xoşagəlməz halların yaranmasına səbəb olur. Bunlara marşrutlarda sərnişindaşımayla bağlı mövcud problemlər də daxildir . 

Məsələn, tez-tez avtobusda yer olmasa belə, yenə də avtobusa minən sərnişinlərin demək olar ki, nəqliyyat vasitəsindən kənarda qalması, avtobusun pilləkənində qapı açıq halda yola davam etməsinə şahid oluruq. Hətta məsələylə bağlı sosial şəbəkələrdə vətəndaşların çəkdikləri videolar da paylaşılıb. Təbii ki, belə hallar həm sərnişinlər, həm də yoldakı digər sürücülər üçün təhlükə yaradır. 

Bu cür hallara yol verən sürücüləri hansı cəza gözləyir?
 

MÖVZU İLƏ BAĞLI:

Bu istiqamətlər üzrə yeni avtobuslar xəttə BURAXILDI – FOTO


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Toğrul Nəsirli  Bizim.Media-ya açıqlamasında bu cür qayda pozuntularına yol verən sürücülərə qarşı hansı cəza tədbirlərinin görüləcəyini açıqlayıb: 

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qapıları bağlanmamış halda hərəkət etdirməyə və yaxud hərəkət zamanı qapıları açmağa görə 40 manat cərimə nəzərdə tutulub”. 

Bəs sərnişin nəqliyyat vasitəsindən kənarda dayanırsa, bu hal necə tənzimlənir?

“Sərnişin nəqliyyat vasitəsindən kənardadırsa, bu hal İnzibatin Xətalar Məcəlləsinin 327.2 -ci maddəsi ilə tənzimlənir. Sürücü 100 manat məbləğdə cərimələnir”. 

Məsələylə bağlı sərnişinlərə də cərimə tətbiq olunur? 

“Burada sərnişindaşıma qaydalarını pozduğuna və ya nəqliyyat vasitəsi hərəkətdə olduğu halda qapılarını açıq vəziyyətdə saxladığına  görə sürücü cərimələnir, ancaq vətəndaş cərimələnmir. Çünki məsuliyyəti sürücü daşıyır və belə hallar olduğu təqdirdə həmin sürücü barəsində qanuna müvafiq olaraq tədbirlər həyata keçirilir”, - deyə Toğrul Nəsirli qeyd edib. 


Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO