Pensiya və maaşdan başqa hansı ödənişlər ARTIRILA BİLƏR?

Pensiya və maaşdan başqa hansı ödənişlər ARTIRILA BİLƏR?

Hazırda oxunan: Pensiya və maaşdan başqa hansı ödənişlər ARTIRILA BİLƏR?

212905

Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək təkliflərini təqdim edəcəyi gözlənilir. Növbəti ilin büdcə sənədləri çərçivəsində müzakirələrin davam etdiriləcəyi və maliyyə yükünün hesablanacağı gözlənilir. 

Bəs pensiya və maaşla yanaşı, digər hansı ödənişlər artırıla bilər? 

Bizim.Media xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında mövzunu şərh edib. 

O bildirib ki, gələn ilin dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn sosial xərclər 14 faiz artırılacaq. 

"İlkin büdcə layihəsində sosial müdafiə və sosial təminat xərclərinin strukturu qeyd edilməsə də, əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir. Yəni, sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir. 

Büdcənin ilkin parametrləri göstərir ki, 2025-ci ildə sosial paketin dərinləşməsi prioritet olacaq. Konkret artımlar ilə bağlı bütün məlumatların isə büdcə müzakirələri zamanı təqdim olunacağı gözlənilir," - deyə Vüqar Bayramov qeyd edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO