Naxçıvanda gəlin maşını qəzaya uğradı, ölən və xəsarət alanlar var - FOTO

Naxçıvanda gəlin maşını qəzaya uğradı, ölən və xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Naxçıvanda gəlin maşını qəzaya uğradı, ölən və xəsarət alanlar var - FOTO

212513

Naxçıvanda ağır yol qəzası olub.

Bizim.Media nuhcixan-a istinadən xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ-2106"-nın sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində ölüb. Avtomobildəki sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb.

Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Rəsulov Fərid Emin oğlu, sərnişinlər - Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıb.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Qeyd edək ki, hadisə Fərid Rəsulovun toyu zamanı baş verib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO