Ronaldo məşqçi olacaq?

Ronaldo məşqçi olacaq?

Hazırda oxunan: Ronaldo məşqçi olacaq?

211386

“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olmağa hazır olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Bizim.Media xəbər verir ki, 39 yaşlı futbolçu “Mançester Yunayted"dəki keçmiş komanda yoldaşı Rio Ferdinandın "Youtube" kanalına müsahibəsində deyib: 

“Mənim üçün məşqçi olmaq çətin olar, çünki indiki futbolçu nəslinə simpatiya bəsləmirəm. Bu, çətindir, əsasən də futbolda, çünki onlar təcrübə üzərində yaranan məsləhətə qulaq asmırlar. Düşünürlər ki, hər şeyi bilirlər. Elə bilirlər ki, telefonlar, sosial şəbəkələr onlara yaxşı təhsil verəcək.

Hələ düşünməli olduğum şeylər var. Mənim həyatım digər hissəsi bizneslə bağlıdır və mən buna heyranam. Bu, mənim üçün sınaq olacaq. Bilmədiyim sahələri araşdıracağam, öz biznesimə daha da yönlənəcəyəm. Düşünürəm, hər şey yaxşı olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO