İsrail Təhlükəsizlik Kabineti Qəzza zolağında fələstinli radikallara qarşı hərbi əməliyyatların genişləndirilməsini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə "Galei IDF" radiosunun “twitter” hesabənda bildirilib.
Məlumata görə, ordunun planlarına “Həmas”ın Qəzzadakı əhəmiyyətli binalarına zərbələr endirilməsi daxildir. Lakin həmlənin nə vaxt endiriləcəyi açıqlanmayıb.
Bizim.Media