Bir neçə gündür Bakı və Abşeron yarımadasında tozlu hava müşahidə edilir. Demək olar ki, göz gözü görmür. Hələ bir neçə gün də havanın belə olacağı bildirilir. Hər il bir dönəm Bakıda normadan artıq tozlu hava müşahidə olunur. Tozlu havanın Türkmənistandan külək vasitəsilə gəldiyi qeyd olunur.
Tozlu havanın ziyanları
MÖVZU İLƏ BAĞLI:
Tozlu hava şəraiti nə vaxta kimi davam edəcək?
Bunun əlbəttə ki, heç bir xeyri yoxdur. Həkimlər deyir ki, əsasən də astma xəstəliyi olan insanlar belə havalardan çox əziyyət çəkirlər. Tənəffüsü ağırlaşdırır, nəfəs darlığına səbəb olur. Tozlu hava dərinin də qurumasına gətirib çıxarır. Nəinki fiziki, həm də insanların əhval-ruhiyyəsinə təsir edir. Yorğunluq, əmək fəaliyyətinin zəifləməsi, halsızlıq, baş ağrısı yarada bilir.
Bəs tozlu havanın ekoloji zərərləri varmı?
Ekoloq Qorxmaz İbrahimli Bizim.Media-ya bildirib ki, tozlu havanın ekoloji zərərləri insan sağlamlığına zərərləri qədər çox deyil. O deyir ki, tozlu havanın qarşısını almaq qeyri-mümkündür.
Nuray, Bizim.Media