Ərdoğandan Putinə TƏCİLİ TELEFON ZƏNGİ – Nədən danışdılar?

Ərdoğandan Putinə TƏCİLİ TELEFON ZƏNGİ – Nədən danışdılar?

Hazırda oxunan: Ərdoğandan Putinə TƏCİLİ TELEFON ZƏNGİ – Nədən danışdılar?

20925

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Fələstindəki vəziyyəti müzakirə ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Türkiyə liderinin mətbuat xidmətinə istinadən xəbər verib.

"Ərdoğan beynəlxalq cəmiyyətin İsrailə güclü və təmkinli bir dərs verməli olduğunu söylədi, bu məqsədlə Türkiyə təşəbbüslərini bütün səviyyələrdə davam etdirəcək", deyə bəyanatda bildirilir.

Türkiyə Prezidenti "Rusiya ilə Türkiyənin Qüds hadisələrinə baxışlarının üst-üstə düşməsinin vacibliyini" qeyd edib.

Ərdoğan böhranın daha da böyüməsinin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının bu məsələyə müdaxilə etməsinin və hücumları dayandırmaq üçün İsrailə qəti və aydın siqnallar verməsinin vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, 10 may tarixində İsrail ilə Fələstinin Qəzza zolağı arasındakı sərhəddə vəziyyət kəskin şəkildə pisləşmişdi.

Fələstinli qruplaşmalar Qəzzadan İsrailə 600-dən çox raket atıb, “Dəmir Qübbə” raket müdafiə sistemi onlardan 200-nü tutub. İsrail Qəzza zolağına zərbələr endirib.

Son məlumatlara görə, iki gün ərzində 10-u uşaq olmaqla 30-dan çox insanın öldüyü və 203 nəfərin yaralandığı deyilir.

Raket hücumları nəticəsində beş israilli ölüb, 200-dən çox insan yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO