“Üçüncü Dünya müharibəsinə heç vaxt olmadığımız qədər yaxın olduğumuzu düşünürəm”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti, bu il prezidentliyə namizəd Donald Tramp bildirib.
O, çıxışında Ukraynanın Rusiya ərazisində irəlilləməsinin yeni Dünya müharibəsinə səbəb olacağını deyib.
Ağ Evin sabiq sahibi bütün bunların səbəbkarının ABŞ Prezidenti Cozef Bayden olduğu qənaətindədir. Keçmiş prezident sonu bilinməyən müharibələrə yalnız özünün idarəçiliyi altında son veriləcəyini düşünür.
Tramp prezident olacağı halda Rusiya – Ukrayna müharibəsinə son verəcəyini deyib.
Bizim.Media