Vasif Talıbovun nazir qudasının istintaqa cəlb olunan bacısı oğlu danışdı: “Qarışmaq istəmirəm…”

Vasif Talıbovun nazir qudasının istintaqa cəlb olunan bacısı oğlu danışdı: “Qarışmaq istəmirəm…”

Hazırda oxunan: Vasif Talıbovun nazir qudasının istintaqa cəlb olunan bacısı oğlu danışdı: “Qarışmaq istəmirəm…”

208490

Bir müddətdir mediada Naxçıvanın keçmiş Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərovun həbs olunması ilə bağlı xəbərlər yayılıb. Onun əvvəlcə Naxçıvanda baş verən qanunsuzluqlar səbəbindən istintaqa cəlb olunduğu, daha sonra isə həbs olunduğu qeyd edilib.

 

Sfera.az bildirir ki, Manset.az dəfələrlə Fazil Ələkbərova zəng etsə də, o telefona cavab verməyib. Daha sonra sayt onun bacısı oğlu və ən yaxın adamı sayılan keçmiş Naxçıvan MR Şahbuz Rayon Polis şöbəsinin rəisi polis polkovniki Elnur İsmayılovla əlaqə saxlayıb. O açıqlamasında yayılan xəbərin doğru olmadığını bildirib. 

 

"Elə bir məlumat yoxdur. İstintaqa dəvət olunmuşdu, həbs olunmayıb. Mən bu məsələlərə qarışmaq istəmirəm. Onu deyə bilərəm ki, Fazil müəllim evində oturub."

 

Qeyd edək ki, Fazil Ələkbərov Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qudasıdır. F. Ələkbərov, eyni zamanda, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla da qudadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO