“İcra hakimiyyətləri həbs edilir, amma gördüyünüz kimi rüşvətxorluq azalmır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev feysbuk səhifəsində etdiyi video paylaşımda səsləndirib.
Deputatın sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə korrupsiya və rüşvətxorluq formasını dəyişib. Bildirib ki, bu əməllər başqa ad altında, başqa formatda davam edir.
R.Nurullayev Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun etdiyi korrupsiya faktlarına da diqqət çəkib:
“Alimpaşa Məmmədov bunu daha savadsız şəkildə yerinə yetirib. Məsələn, milyonluq obyektləri 40-50 manata kiməsə satıb. Bu savadsızlığın fontanıdır. Amma bunu daha ağıllı şəkildə edənlər. Hesablama Palatası da milyonluq yeyintidən 30-40 minlik güclə nəsə tapır”.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
00:40 / 11.05.2021
“Rüşvətxorluğu ağıllı şəkildə edənlər var ki, audit güclə nəsə tapır” – Razi Nurullayevdən ŞOK AÇIQLAMA - VİDEO
Hazırda oxunan: “Rüşvətxorluğu ağıllı şəkildə edənlər var ki, audit güclə nəsə tapır” – Razi Nurullayevdən ŞOK AÇIQLAMA - VİDEO
Hazırda oxunan: “Rüşvətxorluğu ağıllı şəkildə edənlər var ki, audit güclə nəsə tapır” – Razi Nurullayevdən ŞOK AÇIQLAMA - VİDEO
20793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.