Bizi qəpiklərlə necə tora salırlar? – Marketlərin hiyləgər siyasəti

Bizi qəpiklərlə necə tora salırlar? – Marketlərin hiyləgər siyasəti

Hazırda oxunan: Bizi qəpiklərlə necə tora salırlar? – Marketlərin hiyləgər siyasəti

20711

Market və ya bazardan evə dönərkən zənbilimizə baxdıqda əslində nəzərdə tutmadığımız çoxsaylı məhsulla evə qayıtdığımızı görürük. Başqa sözlə deyilsə, sahibkar və marketoloqlar bizi öz “tor”-larına salmağa müvəffəq olublar.

Amma artıq informasiyaların əlçatanlığı marketinq sirrlərinin də cəmiyyətə sızmasına, istehlakçıların da onlarla tanışlığına şərait yaradır. 

Bizim.Media onlardan bəzilərini diqqətinizə çatdırır:

Adətən marketlərdə pəncərələrdən ətrafı görmək mümkün olmur. Bu alıcılarda zaman duyğusunun itirilməsinə hesablanır. Belə ki, marketdə keçirdiyimiz vaxtı hesablaya bilmirik, yalnız çölə çıxanda havanın qaraldığını görürük.

Gündəlik təlabat malları, xüsusilə də çörək mağazaların uzaq küncündə bir yerdə yerləşdirilir. Bu onun üçündür ki, alıcı çoxçeşidli məhsulların əhatəsindən keçərək, çörəyə “yetişsin”.

Mağazaya girib, 2 çörək alıb, çıxmaq niyyətİndə olduğumuz halda, çantamıza baxarkən, orda çips, şokolad, süngər kimi məhsulları da görürük.

Supermarket və ticarət mərkəzlərində hətta musiqi və qoxu ilə də təsirlərə məruz qalırıq. Əgər sahibkara alıcının asta addımlarla yeriməsi lazımdırsa, həzin musiqi “təşkil edilir”. Yox, əgər xoş əhval-ruhiyyədə olmağımız və rəflərin qarşısından iri addımlarla keçməyimiz lazımdırsa, bu zaman ritmik musiqi eşitməli oluruq. Un məmulatları bölmələrində havalandırma sistemi qəsdən zəif qoyulur, qoxu alıcıları cəlb edə bilsin.

Bütün supermarketlərdə və bəzi ticarət mərkəzlərində kassa aparatlarının yerləşdiyi məkanlarda dar dəhlizlərin qurulduğunu müşahidə edirik. Axı ödəniş növbəsində dayanan alıcı birdən fikirindən daşınar və hansısa məhsulu yerinə qaytarmaq istəyər.

Marketeloqlar bunu da yaxşı düşünüblər – Kim növbədə ondan sonra dayanan hirsli alıcıya, “çəkilin, mən malı qaytarıram” deyəcək?!

Digər marketinq sirri – Siz məgər dükan, bazarlarda, 1, 2, 3, 5 və s. manata olan məhsullara rast gəlmisinizmi? -  Bu qiymətlər civarında dəyəri olan məhsulların üzərnə mütləq 10, 20, 30 qəpik əlavə edilir ki, istehlakçı xırdalanmış növbəti manatı da xərcləməyə meyilli olsun. Köşklərin siqaret ticarətində belə bu siyasətdən məharətlə istifadə olunur. Sənə uzadılan qəpiklərin əvəzinə saqqız, batereya almalı olursan.

İqtisadçı Natiq Cəfərli Bizm.Media-ya açıqlamasında bildirib ki,  dünyanın digər ölkələrində də qəpik əlavə edilməsindən marketinq siyasəti kimi istifadə olunsa da, müasir dövrdə bu bir qədər aktuallığını itirib:

“Marketlərdə bazarlıq edən zaman bir neçə məhsul aldığımız halda qəpiklər üst-üstə toplandığı və ya kartla ödəniş edildiyi halda qəpik tələsinin əhəmiyyəti qalmır”.

Natiq Cəfərli deyir ki, qəpik siyasətindən reklam xarakterli olaraq da istifadə olunur: “Məsələn, məhsulun qiyməti 10 manat əvəzinə 9 manat 90 qəpik olaraq yazılır. Bu da müştərini “ucuzdur” anlamında psixoloji təsirə məruz qoyur”.

Odur ki, mağazalarda, alış-veriş mərkəzlərində xüsusi “mühafizə” sisteminizi işə salın. Yoxsa evə döndükdə bazarlıq səbətiniz ağırlaşsa da cibiniz boşalmış olacaq.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO