İşğaldan azad olunan ərazilərdəki abidələr pasportlaşdırılır

İşğaldan azad olunan ərazilərdəki abidələr pasportlaşdırılır

Hazırda oxunan: İşğaldan azad olunan ərazilərdəki abidələr pasportlaşdırılır

20637

İşğaldan azad olunan ərazilərdəki abidələrin qorunması və mühafizəsi üçün onların pasportlaşmasına başlanılıb. Bu barədə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov “Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşına bildirib.

Məlumdur ki, Dağlıq Qarabağ və ətraf rayonlar işğalda olan zaman dağıntılara, vandalizm əməllərinə məruz qalan İslam mədəniyyətinə aid olan abidələrdir. Bu abidələri ermənilər mənimsəyə bilmədikləri üçün kütləvi şəkildə dağıdıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Dağıdılmış abidələr, xarabalıqlar, cəzasız qalan ermənilər - UNESCO niyə susur?


Çünki həmin abidələr üzərində ərəb əlifbası ilə epiqrafik yazılar olub. Bunlar məscidlər, qəbirüstü məzar daşları, türbələr və ziyarətgahlardır.

Mənimsənilən abidələr isə Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası dövrü və Orta əsrlərə aid xristian dini təyinatlı komplekslərdir. Bu abidələrin bir çoxunun əvvəlki vəziyyəti dəyişdirilib, bərpa adı ilə erməniləşdirilməsi işləri aparılıb və ermənilər tərəfindən mənimsənilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO