Naxçıvanda gənc əsgərlər and içib - VİDEO

Naxçıvanda gənc əsgərlər and içib - VİDEO

Hazırda oxunan: Naxçıvanda gənc əsgərlər and içib - VİDEO

20555

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Dövlət Himnimiz səsləndirildikdən sonra gənc əsgərlər təntənəli surətdə vətənə sədaqət andı içərək ordu sıralarına tam hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olublar.
 

MÖVZU İLƏ BAĞLI:

Vətən müharibəsində hava qüvvələrimiz düşmən hədəflərini belə məhv etdi - VİDEO


Polkovnik Mübariz Rzayev hərbi andı qəbul edən əsgərləri təbrik edib, xidmətlərində uğurlar arzulayıb.

Gənc əsgərlər adından çıxış edən Xeybər Abbaszadə müzəffər Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyduğunu bildirib, ölkəmizin ərazi bütövlüyü uğurunda canını və qanını əsirgəməyən igid oğullarımız kimi Vətəni qoruyacaqlarına söz verib.

General-mayor Fazil Ağalarov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, Vətənə sədaqət andı içən gənc əsgərlər keçirilən məşğələlərdə nümunəvi iştirak edərək növbəti xidmət yerlərinə yenilməz döyüşçi kimi yollanacaqlar.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO