"Quba-Xınalıq yolunun 42-ci km-də Əlik körpüsünün uçması barədə məlumatlıyıq. Son günlər bölgədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar yağan intensiv yağışlar nəticəsində gələn güclü sel Quba-İspik-Xınalıq yolunun 42-ci km-də Əlik çayı üzərindəki körpünü bu geçə saat 4-də uçurub.
2006-cı ildə inşa edilmiş, uzunluğu 11,5 metr olan körpünün bir aşırımını sel dağıdıb. Yol bağlanıb.
Hazırda nəqliyyat vasitələri Quba və əks istiqamətə Quba-Susay-Alpan-Xınalıq yolu ilə hərəkət edirlər".
MÖVZU İLƏ BAĞLI:
Qubada körpü uçdu - 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - FOTO/VİDEO
Bu açıqlamanı Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli verib.
Onun sözlərinə görə, tezliklə Əlik körpüsünün bərpasına başlanılacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu