Nəvəsi Trampa belə dəstək oldu – VİDEO  

Nəvəsi Trampa belə dəstək oldu – VİDEO  

Hazırda oxunan: Nəvəsi Trampa belə dəstək oldu – VİDEO  

202525

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın nəvəsi Kai Medison Tramp Respublikaçılar partiyasının Miluoki şəhərində keçirilən qurultayında çıxış edib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 17 yaşlı Kai D.Trampın heç kimin görmədiyi tərəfi, onun necə baba olması barədə danışıb. 

Onun sözlərinə görə, Tramp çox mehriban və qayğıkeş babadır: 

“O, həmişə nəvələrinə zəng edərək onların necə olduqlarını soruşur və məktəb fəaliyyətləri ilə maraqlanır, həmçinin dostlarına nəvələri ilə necə fəxr etdiyini söyləyir”. 

Qız, həmçinin Trampın vurulduğunu eşidəndə şoka düşdüyünü deyib: 

"Kiminsə başqa bir insana bunu edə bilməsi ürək ağrıdır". 

Kai babasına heyran olduğunu bildirib və onu ilham mənbəyi adlandırıb: 

“Bir çox insan babamı cəhənnəmə düçar edib, amma o, hələ də ayaqdadır. Baba, səni sevirəm. Media babamı fərqli insan kimi təqdim edir, amma mən onu olduğu kimi bilirəm. O, çox qayğıkeş və sevimlidir. O, həqiqətən bu ölkə üçün ən yaxşısını istəyir və Amerikanı yenidən möhtəşəm etmək üçün hər gün mübarizə aparacaq”. 

Qeyd edək ki, Kai Tramp ABŞ-ın sabiq Prezidenti Donald Trampın 10 nəvəsi içərisində ən böyüyüdür. O, Trampın böyük oğlu – kiçik Donald Tramp və keçmiş həyat yoldaşı Vanessa Trampın qızıdır. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO