Qaxda baş verən qəzanın ilkin təfərrüatı AÇIQLANDI

Qaxda baş verən qəzanın ilkin təfərrüatı AÇIQLANDI

Hazırda oxunan: Qaxda baş verən qəzanın ilkin təfərrüatı AÇIQLANDI

201990

Günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində baş verən qəzada üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Bizim.Media-nın yerli bürosu hadisə şahidlərinə istinadən xəbər verir ki, 30 yaşlı Ağdaş rayon sakini Ruslan Əsgərov idarə etdiyi  "VAZ-21015" markalı avtomobillə Zaqatala rayon istiqamətində hərəkətdə olakən ötmə qaydalarına əməl etmədiyindən Qax şəhər sakini 49 yaşlı Eldəniz Paşayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. 
 

MÖVZU İLƏ BAĞLI:

Qaxda 2 avtomobil toqquşdu: Sürücülər xəsarət aldı


Qəza nəticəsində avtomobillər bir-birinə dəydikdən sonra müxtəlif istiqamətdə dayanıb. Hadisə şahidləri hər iki sürücünü, eləcə də Eldəniz Paşayevin həyat yoldaşı Aynur Paşayevanı xilas edib. Daha sonra yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılb.   

Yaralılar xəstəxanada müayinə edilib, müalicələr başlanılıb. 

Qəzanın təfərrüatları araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO