Qarabağ Universitetində çalışacaq müəllimlərə hansı güzəştlər verilə bilər?

Qarabağ Universitetində çalışacaq müəllimlərə hansı güzəştlər verilə bilər?

Hazırda oxunan: Qarabağ Universitetində çalışacaq müəllimlərə hansı güzəştlər verilə bilər?

201898

Qarabağ Universitetində Azərbaycan dilində kommunikativ bacarıqlar, Azərbaycan tarixi, biznes kommunikasiyası, iqtisadiyyata giriş, mikroiqtisadiyyatın əsasları, riyaziyyat, fizika, data analitikasına giriş, təhsilə giriş, psixologiyaya giriş fənləri üzrə müəllim vakansiyası elan edilib.

Bizim.Media xəbər verir ki. bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Maraqlıdır, Qarabağ Universitetində çalışacaq müəllimlərə hansı güzəştlər verilə bilər?

Məsələ ilə bağlı təhsil eksperti Elçin Süleymanov Oxu.Az-a açıqlama verib.

"Qarabağ Universiteti hazırda regionda tanınmış olması məqsədi ilə kifayət qədər dövlət dəstəyi və təklifləri özündə birləşdirən ali təhsil müəssisəsidir. Ən yaxşı hal isə abituriyentlərin də Qarabağ Universitetini seçməsidir. Yüksək ballı abituriyentlər artıq öz seçimlərini edirlər. Nazirlik bəyan edir ki, müəllimlər üçün yaşayış yeri təyin olunacaq. Bu yaxşı bir güzəştdir.

Müəllimlər artıq məişət qayğılarından uzaq olacaqlar və daha çox tədris prosesinə fokuslanacaqlar. Başqa güzəştlərin ola biləcəyini isə zaman göstərəcək. Hazırda Qarabağ Universitetinə müəllimlər tərəfindən böyük rəğbət var. Elan olunan dekanlar və ya digər məsul şəxslər vəzifələrinin peşəkarlarıdır. Qarabağ Universitetində işləyəcək müəllimlərin əməkhaqları qabaqcıl universitetlərin maaşları ilə də rəqabət edə biləcək halda ola bilər. Hazırkı vəziyyət onu deməyə əsas verir".


Ekspert növbəti illərdə Qarabağ Universitetində tədris prosesinin hansı şəkildə deyişəcəyi barədə məlumat verib:

"Qarabağ Universitetinə göndərilən rəhbər işçilərin əksəriyyətinin karyerası kifayət qədər yüksəkdir. Müəllimlər mənəvi dəstək və maddi olaraq müəyyən dərəcədə rəqabətli əməkhaqqı, imtiyazlardan faydalanmaq üçün Qarabağ Universitetini seçə bilərlər. İlkin etap üçün bu addım çox müsbətdir. Növbəti illərdə dünyanın qabaqcıl və tanınmış ekspertlərini Qarabağ Universitetinə dəvət etmək olar. Bununla bağlı müxtəlif imkanlar da mövcuddur. Dünyada öz sözünü demiş azərbaycanlı və əcnəbi alimlər Qarabağ Universitetinə dəvət oluna bilərlər".
Qeyd edək ki, müəllimlik vakansiyası üzrə namizədlər müraciətlərini mövzu yerinə "(istiqamət üzrə) müəllim" yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi 19 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: //t.ly/QUt4v

Mühəndislik, Turizm, İncəsənət, Humanitar və sosial elmlər, Pedaqoji və İqtisadiyyat fakültələrində müvafiq kafedralar üzrə müdir vəzifəsinə vakansiyalar qəbul olunur. Vakansiya üzrə son müraciət tarixi iyulun 22-də bitir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO