Narkotikə görə saxlanılan şəxsin digər cinayətinin də üstü açıldı – FOTO

Narkotikə görə saxlanılan şəxsin digər cinayətinin də üstü açıldı – FOTO

Hazırda oxunan: Narkotikə görə saxlanılan şəxsin digər cinayətinin də üstü açıldı – FOTO

201314

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 56 yaşlı Elçin Yaqubov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən xüsusi qulluq göstərilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Araşdırmalarla E.Yaqubovun rayonun Bum qəsəbəsində elektrik naqillərini oğurladığı da müəyyən edilib.
Keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Əbdülməlik Əliyev də saxlanılıb. Ona məxsus həyətyanı sahədən kultivasiya edilərək yetişdirilən çətənə kolları və 1 kiloqram marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO