Həmkarının sözlərinə əsəbiləşən Elza Seyidcahan efiri TƏRK ETDİ - VİDEO

Həmkarının sözlərinə əsəbiləşən Elza Seyidcahan efiri TƏRK ETDİ - VİDEO

Hazırda oxunan: Həmkarının sözlərinə əsəbiləşən Elza Seyidcahan efiri TƏRK ETDİ - VİDEO

201182

“Biləcəridə qaldığım evi Ülviyyə (müğənni Ülviyyə Namazova - red.) aldı. Sənə Elzanın evini almaq nəsib olub. Ocağım ona düşərli olub. Satıb, başqa yerə köçüb, inkişaf edib. Məni sevən xoşbəxt olacaq. Mənə qarşı mənfi fikri olan isə bədbəxt olacaq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Elgizlə izlə” verilişində deyib.  

Proqramın gedişatında Elza ilə Ülviyyə arasında mübahisə düşüb. Belə ki, Seyidcahan doğum gününü qeyd etdiyi verilişdə Ü.Namazovanın qonaq olmasına əsəbiləşib.   

Əsəblərinə hakim olmaq üçün Əməkdar artist özünü tərifləyib: 

“İnsanlara yuxarıdan aşağı baxmıram. Sadəcə, peşə mənim üçün müqəddəsdir. Sənət uğrunda şəhidəm. Bilsəniz ki, necə yaşayıram, nələr bəstələyirəm. Mahnı yazanda nə günlərə düşürəm. Oturub ağlayıram ki, Allah yetirdi. O qədər musiqim var ki, görməmisiniz”.

Ülviyyə isə qarşı tərəfin səsləndirdiyi fikirlərə cavab olaraq şeirlərini məsxərəyə qoyub.  

“Tikim sizin ağzınızı” şerinə lağ edərkən “Sən ora hələ çatmamısan, çatarsan, bəyənərsən. Sən “t”nı başqa cür görürsən, mən nə edim? Bədənin başdan ayağa tikilib”, - deyə Elza bildirib. 

Bundan sonra Seyidcahan əsəbi halda efiri tərk edib. Lakin gərginlik azaldıqdan sonra o, yenidən stuidyaya qayıdıb. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO