İranın yeni prezidenti nə vaxt and içəcək? - RƏSMİ AÇIQLAMA

İranın yeni prezidenti nə vaxt and içəcək? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: İranın yeni prezidenti nə vaxt and içəcək? - RƏSMİ AÇIQLAMA

200977

İranda keçirilmiş növbədənkənar prezident seçkilərinin qalibi Məsud Pezeşkianın andiçmə mərasimi, eləcə də yeni hökumətin təyinatı yaxın vaxtlarda baş tutacaq.

Bizim.Media İran KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Əhməd Vəhidi deyib.

İran siyasətçilərinin islahatçılar qanadının namizədi, milliyətcə Azərbaycan türkü Məsud Pezeşkian prezident seçkilərinin ikinci turunda 16 milyondan çox səs toplayaraq ölkənin 9-cu prezidenti olub. Onun rəqibi, mühafizəkarlar qanadının nümayəndəsi Səid Cəlili 13,5 milyon səs toplayıb.
İran Seçki Qərargahının məlumatına görə, ümumilikdə 30 milyon 573 min 931 səs hesablanıb və bu seçicilərin 49,8 faizi deməkdir.

M.Pezeşkianın inauqurasiyasının tarixi və yeni hökumətin qurulma vaxtının tarix bu həftə elan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO