İsmayıllıda ev yanaraq külə döndü - Xəsarət alanlar var

İsmayıllıda ev yanaraq külə döndü - Xəsarət alanlar var

Hazırda oxunan: İsmayıllıda ev yanaraq külə döndü - Xəsarət alanlar var

200849

İsmayıllıda 3 ailənin yaşadığı 5 otaqlı mənzil yanaraq külə dönüb.

Bizim.Media-nın Aran  bürosu xəbər verir ki, hadisə rayonun Qalınçaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Bayramov Bəhmən Rəcəb oğluna məxsus 5 otaqlı fərdi yaşayış evi yanaraq külə dönüb.

Yanğın zamanı 2 nəfər ev sahibi 1959-cu il təvəllüdlü Bayramov Bəhmən Rəcəb oğlu və 1969-cu il təvəllüdlü Bayramova Nəzakət Yaqub qızı zəhərlənmə diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bundan başqa yanğın nəticəsində ev sakininə məxsus xırdabuynuzlu ev heyvanları və toyuq cücə tələf olub.

Hadisə yerinə FHN-in İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.







 

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO