İranda qum fırtınası nəticəsində 620 nəfər xəstəxanaya yerləşdirilib

İranda qum fırtınası nəticəsində 620 nəfər xəstəxanaya yerləşdirilib

Hazırda oxunan: İranda qum fırtınası nəticəsində 620 nəfər xəstəxanaya yerləşdirilib

200063

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə kişi xəstəxanaya yerləşdirilib.

Bizim.Media bildirir ki, İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Zabul Sağlamlıq Elmləri Universitetinin xəstəxanadan əvvəl təcili yardım və hadisələrin idarə edilməsi şöbəsinin müdiri Məhəmməd Xəlili bu barədə məlumat verib.

Halili, "Sistan bölgəsində şiddətli fırtına və tozdan zərər çəkən və yaralanan 620 nəfər müxtəlif xəstəxanalara müraciət edib. Onlardan 25-i stasionar müalicə alıb" deyə bildirib. İran rəsmisi qeyd edib ki, qum fırtınası səbəbindən görmə qabiliyyətinin azalması nəticəsində baş verən yol qəzalarında 16 nəfər xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO