Sərbəst güləşçimiz Avropa çempionu oldu

Sərbəst güləşçimiz Avropa çempionu oldu

Hazırda oxunan: Sərbəst güləşçimiz Avropa çempionu oldu

199716

Azərbaycanın sərbəst güləşçisi İsa Yusibov Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlıların Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, bu gün sərbəst güləşdə 48, 55, 65, 80 və 110 kiloqramda medalçılar müəyyənləşib.

Hacıhüseyn Əhmədzadə (48 kiloqram) belaruslu Vladislav Lisitsaya tam üstünlüklə (10:0) qalib gələrək bürünc medala sahib çıxıb.

Hüseyn Hüseynov (55 kiloqram) əvvəlcə təsəlliverici görüşdə moldovalı Viktor Vdoviyə heç bir şans tanımayıb – 10:0. Axşam seansında belaruslu Artyom Pavluçenkanı (3:0) üstələyən Hüseyn fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

İsa Yusibov (65 kiloqram) finalda rusiyalı Yasin Bersanukayevlə gərgin görüş keçirib. Son saniyələrdə sevimli fəndini icra edən Gəncə güləş məktəbinin yetirməsi 3:1 hesablı qələbə ilə Avropa çempionu olub.

Məhəmməd Abbaszadə (80 kiloqram) təsəlliverici görüşdə macarıstanlı Levente Şikşaydan güclü olsa (6:0) da, bürünc medal uğrunda qarşılaşmada ermənistanlı Sahak Ovannisyana sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.

Muxamad Qantemirov (110 kiloqram) finalda rusiyalı Movsar Saydulayevə sonuncu xal prinsipinə əsasən (1:1) uduzaraq gümüş medalla kifayətlənib.

Beləliklə, sərbəst güləşçilər AÇ-nin son günü ərəfəsində 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO