Suraxanı rayonu, Qum adası qəsəbəsinin sakinləri elektrik enerjisinin zəif olmasından şikayətçidirlər. Onların sözlərinə görə, bu problemə görə kondisioner, soyuducu kimi məişət avadanlıqları dəfələrlə sıradan çıxıb.
Bizim.Media xəbər verir ki, sakinlər kəskin istilər zamanı kondisioner işləmədiyinə görə, gecəni həyətdə keçirməli olurlar.
Məsələ ilə bağlı Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ülvi Həsənov bildirib ki, yüklənmə səbəbindən işığın verilişi zəifdir.
Ərazidə yaxın zamanda yeni elektrik güc mərkəzləri yaradılacaq:
"Üç-dörd gün içində elektrik enerjisi tam bərpa olunacaq".
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media