Levandovski:

Levandovski: "Bu, bizim üçün utancvericidir"

Hazırda oxunan: Levandovski: "Bu, bizim üçün utancvericidir"

198532

Polşa millisinin hücumçusu Robert Levandovski Avro-2024-ün  qrup mərhələsinin 2-ci turunda Avstriyaya 1:3 hesabı ilə uduzaraq pley-offa çıxmaq şanslarını itirdikləri oyundan sonra fikirlərini bildirib.

Bizim.Media xəbər verir ki, o deyib:

"Heç bir xal qazanmadıq və bu, əlbəttə ki, bizim üçün utancvericidir. Biz başa düşürük ki, hər şey səhv getdi. Burada bir çox amillər var idi. Matça pis başladıq, ilk 20 dəqiqədən sonra qol epizodları yaratdıq. Rəqibin cərimə meydançasında olduq".

35 yaşlı hücumçu bildirib ki, buraxılan qol tarazlıqlarını pozub:

"Bundan sonra tarazlığımızı saxlamaq bizim üçün çətin oldu. Biz daha çox risk etdik. Rəqibin yaratdığı iki-üç qol epizodu baha başa gəldi”.

Qeyd edək ki, Polşa millisi D qrupunda 0 xalla sonuncu pillədə qərarlaşıb. Milli qrupun son matçında Fransa ilə qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO