Xəbər verdiyimiz kimi, bu gün erməni xüsusi təyinatlıları Qarabağ separatçılarının “İrəvandakı nümayəndəliyi”nin binasına basqın ediblər və qapıları sındırıblar.
Bizim.Media “Hraparak”a istinadən xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin kriminal polisinin xüsusi bölməsinin əməkdaşlarının Qarabağ separatçılarının keçmiş “rəhbər”i Samvel Şahramanyanı istintaqa aparmaq üçün gəldiyi bildirilir.
Müstəntiq onun hansı cinayət prosesi üzrə dindirilməsinə çağırıldığını açıqlamayıb.
Onun xidməti avtomobili müsadirə edilib.
Bizim.Media