Erməni xüsusi təyinatlıları Qarabağ separatçılarının “İrəvandakı nümayəndəliyi”nin binasına basqın ediblər və qapıları sındırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd olunub ki, hücum Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə etmək üçün edilib.
Şahramanyanın avtomobili keçmiş qondarma qurumun “İrəvandakı nümayəndəliyi”nin ərazisindən təxliyə edilib.
Bizim.Media